AVTO

3,4 milyon avtomobil geri çağırılır
13 SENTYABR
111

3,4 milyon avtomobil geri çağırılır

2019-09-13 12:27:00

ABŞ-ın “General Motors” şirkəti 3,4 milyon avtomobili geri çağırıb.

Buna həmin avtomobillərin əyləc sistemində yaranan texniki nasazlıq səbəb olub. Geri çağırılma “Chevrolet Silverado”, “GMC Sierra”, “Cadillac Escalade”, “GMC Yukon”, “Chevy Suburban” və “Tahoe” modellərinə şamil edilir.

Bildirilir ki, geri çağırılan avtomobillərin əyləc sistemləri şirkət tərəfindən pulsuz olaraq dəyişdiriləcəkdir. Məlumatı “Anadolu” yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır