AVTO

"Geländewagen"in yenilənmiş versiyası - FOTO
12 SENTYABR
755

"Geländewagen"in yenilənmiş versiyası - FOTO

2019-09-12 14:29:00

Almaniyanın “Brabus” tüninq studiyası “Mercedes-Benz G-Class”ın yenidən işlənmiş versiyasını, “G V12 900 One of Ten” adı ilə hazırlayıb.

Fins.az xəbər verir ki, bu barədə şirkətin saytında yayımlanan məlumatda deyilir. Mütəxəssislər avtomobili, aerodinamik kuzov dəsti, LED faralar, 24 düyümlük disk və adaptiv asma amortizatorla təchiz ediblər. Salonun ön paneli ilə mərkəzi konsolu dəri və karbon əlavələrlə işlənib. Avtomobil, 900 at gücündə olan 6.3 litrlik benzinlə işləyən mühərriklə və 9 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub. İstehsalçı bildirib ki, təkmilləşdirilmiş model 100 km/s sürəti 3.8 saniyəyə yığır. Onun maksimal sürəti elektron işarə ilə 280 km/saatda məhdudlaşdırılıb. “G V12 900 One of Ten” modelinin təqdimatı sentyabrın 10-da Frankfurt avtosalonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır