AVTO

Məşhur avtomobil şirkəti Türkiyədə avtomobil istehsal edəcək
06 SENTYABR
268

Məşhur avtomobil şirkəti Türkiyədə avtomobil istehsal edəcək

2019-09-06 10:02:00

Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə, Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib.

Fins.az-ın məlumatına görə, bu xəbəri Türkiyə mediası “Reuters” xəbər agentliyinə istinadla yayıb. Xəbərdə bildirilib ki, son dərəcə əhəmiyyət daşıyan bu əməkdaşlıqla bağlı gələn həftə rəsmi və ətraflı məlumat veriləcəyi gözlənir. Herbert Diessin “Volkswagen”in istehsal müəssisəsi yaratmaq üçün Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edəcəyi bildirilsə də, bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə "Fiat", "Renault", "Ford", "Hyundai" ve "Toyota" kimi şirkətlərlə əməkdaşlıq edərək, 1,3 milyondan çox yüksək keyfiyyətli mühərrikli nəqliyyat vasitələri istehsal edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır