AVTO

Yeni NİVA-larda 17 dəyişiklik olacaq
05 SENTYABR
327

Yeni NİVA-larda 17 dəyişiklik olacaq

2019-09-05 14:38:00

Lada 4x4 modelinin 1977-ci ildən bəri demək olar ki, dəyişiklik olmadan istehsal edilir.

Fins.az xəbər verir ki, bu yaxınlarda ofrouder yenilənməyə məruz qalacaq. Bu barədə autograph yazıb.

Rusiyanın “Lada Onlayn” saytının bildirdiyinə görə, AvtoVAZ modeldə 17 dəyişiklik edəcək. Bu dəyişiklər əsasən interyerə aid olacaq. “Lada.Onlayn” saytı zavod daxilindəki mənbələrinə istinadən yenilənmə haqqında məlumatla bölüşüb. Belə ki, insayderlər ofrouderin yeni ön panelə, narıncı rəng işıqlandırması olan cihazlar panelinə, müasir idarəetmə bloku olan klimat-kontrol sisteminə və yeni düymələrə sahib olacağını bildiriblər. Bundan başqa, Lada 4x4 yeni tavan örtüyünə də sahib olacaqdır. Nəhayət, avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyətinin yüksəldiləcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır