AVTO

Kia seriya Mohave modelinin şəkillərini dərc edib
15 AVQUST
581

Kia seriya Mohave modelinin şəkillərini dərc edib

2019-08-15 11:43:00

Kia şirkəti yeni nəsil Mohave modelinin ilk şəkillərini dərc edib. Yeni ofrouder tamamilə, bu ilin yazında Seul avtosalonunda nümayiş etdirilmiş Mohave Masterpiece konseptinə bənzəyir. Fins.az xəbər verir ki, ən maraqlısı isə, avtomobilin üzərində Kia emblemlərinin olmamasıdır. Seriya modeli ilə konsept arasında olan fərqlər xırda detallardadır. Məsələn, radiator barmaqlığı bir qədər genişlənmiş və daha az nəzərəçarpan olmuşdur. Bundan başqa, ön bamperdəki hava girişlərinin ölçüsü də böyüdülmüşdür. Arxa hisssədə baş vermiş dəyişikliklər ümumiyyətlə kosmetik xarakter daşıyır. Yeni ofrouder sələfindən ön və arxa hissənin dizaynı ilə seçilsə də, kuzovun yan tərəflərinin forması əvvəlki Mohave modelində olduğu kimidir. 

Avtomobilin texniki hissəsi barədə məlumat verilməsə də, şəkildəki avtomobilin 3,0-litrlik V6 dizel mühərriki və tam çəkiş sistemi ilə təchiz edildiyi görünür. Əvvəlki modeldəki dizel mühərrik 260 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edirdi. Güc aqreqatı altıpilləli avtomatik qutu ilə tandemdə çalışırdı. 

Kia modelin interyer şəkillərini dərc etməsə də, ilkin məlumata görə, Kia Mohave modelinin təchizatına 12,3-düymlük virtual cihazlar paneli, multimedia sisteminin 10,25-düymlük sensorlu displeyi və adaptiv asqı sistemi daxil ediləcəkdir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır