AVTO

"Formula 1" komandası pilotları ilə müqaviləni uzadıb
10 İYUL
164

"Formula 1" komandası pilotları ilə müqaviləni uzadıb

2019-07-10 10:30:00

"Formula 1"də çıxış edən "Maklaren"in rəhbərliyi komandanın pilotları Karles Sayns və Lando Norrislə əməkdaşlığın uzadıldığını açıqlayıb.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, hər iki sürücü ilə 2020-ci ilədək müqavilə bağlanılıb.

Bu mövsüm Sayns "Maklaren"də, Norris isə ümumilikdə "Formula 1"də debüt edib. 9 mərhələdən sonra onlardan birincisi 30 xalla 7-ci, digəri isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Komandanın rəhbəri Zak Braun həftəsonu keçiriləcək Böyük Britaniya Qran-prisi ərəfəsində yeni müqaviləni rəsmiləşdirmələrindən məmnunluq ifadə edib. O. hər iki pilotun çıxışından razılığını bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır