AVTO

Yenilənmiş Fiat Ducato MY2020 istehsal olundu
05 İYUL
133

Yenilənmiş Fiat Ducato MY2020 istehsal olundu

2019-07-05 15:30:00

Avropa bazarında “Fiat Ducato”nun ən çox tələb olunan modellərindən biri yenilənmiş modifikasiyaya sahib olub.

Fins.az xəbər verir ki, yeni versiyada “Fiat Ducato” ilk dəfə olaraq 120 at gücünə malik olan 2,3 litrlik benzin mühərriki alıb. Həmçinin, 140 at gücünə malik modifikasiyanın satışa çıxarılacağı nəzərdə tutulur.

Avtomobilin üst komplektasiyasında bu model üçün heç vaxt istifadə edilməyən 180 at gücünə malik mühərrik quraşdırılıb. Bundan əlavə, yenilik indi 9 pilləli avtomatik transmissiyaya malikdir. Yenilənmiş “Fiat Ducato”nun qalan üstünlükləri hələ də gizli saxlanılır.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269