AVTO

Lotus elektrik hiperkarı Evija adını aldı
05 İYUL
141

Lotus elektrik hiperkarı Evija adını aldı

2019-07-05 15:18:00

İyul ayının 16-da “Lotus” avtomobil markası rəsmi olaraq, özünün “Lotus Evija” adlı yeni elektrik hiperkarını ictimaiyyətə təqdim edilə bilər.

Fins.az xəbər verir ki, avtomobilin təqdimatı Britaniyanın paytaxtında keçiriləcək. Geniş bir hiperkar seriyasını gözləmək lazım deyil, çünki “Lotus Evija” yeniliyi 130-a yaxın maşınla məhdud sayda təklif edəcək. Bundan əlavə, istehsalçı, həmçinin, potensial müştərilərin “Lotus Evija” hiperkarını satın almaq üçün əvvəlcədən müraciət edə biləcəyini də qeyd edib.

Maksimal effektivlik üçün detalların əksəriyyəti minimal çəkiyə malik karbondan hazırlanıb. Bundan başqa, elektrokarın akkumulyatoru çəkinin maksimal effektiv paylanması üçün sürücü oturacağının altında yerləşdirilib. Şirkət, hiperkarın 400 km-ə qədər hərəkət ehtiyatı və aqreqatın 1000 at gücünə malik olduğunu da açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269