AVTO

Düşüncə gücü ilə idarə olunan avtomobil hazırlandı
05 İYUL
321

Düşüncə gücü ilə idarə olunan avtomobil hazırlandı

2019-07-05 12:48:00

N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin mütəxəssisləri “Zetta” şirkəti ilə birlikdə fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan elektrik avtomobilini hazırlayıblar. Xüsusi neyrokontroller, sürücüyə “düşüncə gücü” ilə bort qurğularını idarə etməyə imkan verir. Fins.az-ın məlumatına görə, istehsalçılar neyromobilin ilk buraxılışını 2022-ci ildə istehsal etməyi planlaşdırırlar.

N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin elmi işlər üzrə prorektor müavini Avqust Linin sözlərinə görə, onlar fiziki məhdudiyyətli sürücülər üçün müxtəlif tənzimləyicilərin köməyi ilə yalnız beyin fəallığını və gözlərin hərəkətlərini deyil, ayaq, əl və hətta dilin hərəkətlərini idarə edən xüsusi kostyum hazırlayırlar: “Başda olan tənzimləyicilər beyinin elektrik fəallığının xüsusiyyətlərində baş verə biləcək dəyişiklikləri də nəzərə alacaqlar”. 

Elektrik avtomobil, ön şüşə və xüsusi ekrana səfər haqqında məlumatlar ötürən əlavə edilmiş reallıq sistemi ilə təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır