AVTO

“Hispano Suiza” yeni modelini təqdim etdi – FOTO
19 İYUN
152

“Hispano Suiza” yeni modelini təqdim etdi – FOTO

2019-06-19 16:50:00

“Hispano Suiza Automobile Manufaktur AG” şirkəti yeni modelini təqdim edib. Fins.az “Ölkə.az”a istinadən xəbər verir ki, ispan şirkətinin ilk seriya istehsalı olan hiperkarı təqdim edilib. Yeni model yerindən 100 km/saat sürəti 2.8 saniyəyə əldə edir. “Maguari HS1 GTC” adlı yeni model V10 obrazlı, 5.2 litr həcmli mühərriklə təchiz edilib. Mühərrik “Lamborghini Huracan” modelindən götürülüb. 7 pilləli sürətlər qutusu ilə çalışan mühərrikin maksimal sürəti 380 km/saatdır. Kupe alüminium və karbondan hazırlanıb. Avtomobilin çəkisini 1780 kq təşkil edir. Şirkət 300 ədəd hiperkar istehsalını planlaşdırır. Bir modelin qiyməti 2.2 milyon avro nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271