AVTO

Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb
19 İYUN
257

Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

2019-06-19 16:49:00

İlin əvvəlindən başlayaraq qeyri-neft sənayesində daha böyük fəallıq avtomobil istehsalı sahəsində müşahidə olunub. Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, ölkədə istər minik, istər yük avtomobillərinin istehsalı ildən-ilə artır. Ş.Mustafayev qeyd edib ki, Neftçala Sənaye Parkında 2018-ci ildən fəaliyyət göstərən "Xəzər" avtomobil zavodunda bu ilin ilk rübündə 1600 minik avtomobili istehsal olunub. Həmin avtomobillərin də böyük əksəriyyəti artıq satılıb. Müəssisə daha 400 avtomobil üçün sifariş alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır