AVTO

Ərəb polislər lüks avtomobillərdə gəzəcək – FOTO
19 İYUN
183

Ərəb polislər lüks avtomobillərdə gəzəcək – FOTO

2019-06-19 16:44:00

Birləşmiş Ərəb Əmirlikləri yerli polislər üçün lüks avtomobillər alıb. Fins.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət “Lykan HyperSport Special Forces” model maşından gedir. Avtomobilin birinin qiyməti 3,7 milyon dollardır və sadəcə, 7 ədəd istehsal edilib. Say məhdud olduğundan maşınlardan paytaxt Abu-Dabidə istifadə olunacaq. “Lykan HyperSport Special Forces” 3,7 litrlik turbo mühərrikə sahibdir. 740 at gücündədir və 0-dan 100 km/s surətə 2,8 saniyədə çatır. Bu göstərici 0-dan 200 km/s surətə 9,4 saniyədir. Avtomobilin maksimum surəti isə saatda 395 km/s-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır