AVTO

“Hummer”in elektromobili buraxılacaq
19 İYUN
110

“Hummer”in elektromobili buraxılacaq

2019-06-19 16:43:00

ABŞ-ın “General Motors” avtokonserni əfsanəvi brendini – “Hummer”i dirçəltməyi, bu brend altında elektromobillər istehsal etməyi planlaşdırır. Fins.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Hazırda “GM” elektrikli yolsuzluq avtomobilləri və pikapların siyahısına hansı modellərin daxil ediləcəyini götür-qoy edir. Bundan başqa, avtokonsert “Chevrolet Suburban”, “Cadillac Escalade”, “GMC Sierra” və “Yukon” kimi populyar modellərin elektriklə işləyən variantlarının buraxılması perspektivini nəzərdən keçirir. 2023-cü ilə kimi şirkət 20 müxtəlif elektromobil buraxmağı planlaşdırır. Əvvəl minik maşınları, orta və kiçik krossoverlər, ardınca isə “yaşıl” yolsuzluq elektromobillərinin istehsalı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271