AVTO

"Formula 1"də superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib
15 İYUN
221

"Formula 1"də superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib

2019-06-15 19:38:00

"Formula 1" üzrə dünya çempionatında superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib. 

Fins.az-ın Report-a istinadən verdiyi məlumatına görə, bununla bağlı qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Fransanın paytaxtı Parisdəki iclasında qəbul olunub.

Hazırkı qaydaya əsasən, "Formula 1"də 40 bala malik və bunları 3 il ərzində qazanmış pilotlar iştirak edirlər. Sərbəst məşğələlərə isə lisenziyada 25 bal olduqda qatılmaq mümkündür. 

2020-ci ildən isə superlisenziyaya ballar qazanmaq üçün yeni imkan yaranacaq. Sərbəst praktikada 100 km-dən çox məsafə qət edən və cərimə almayan iştirakçılar 1 bal alacaqlar. Amma bu zaman belə halların hesablanma imkanına limit qoyulacaq. Yəni 3 il ərzində yalnız 10 bal qazanmaq mümkün olacaq. 

İştirak üçün superlisenziya xalları hesablanan çempionatlar sırasına isə W seriyası da əlavə olunub. Amma bu zaman bal bölgüsü hələlik əsasnaməyə salınmayıb. 

Qeyd edək ki, 2016-cı ildən "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Bakıda keçirilir. Bu il yenilənmiş müqaviləyə əsasən, Azərbaycan Qran-prisi 2023-cü ilədək davam edəcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır