AVTO

Azərbaycanda ən çox satılan avtomobillər
20 İYUN
1939

Azərbaycanda ən çox satılan avtomobillər

2019-06-20 14:57:00

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Avto Azərbaycan şirkəti Santa Fe və Yenilənmiş Tucson modellərini əhatə edən növbəti hədiyyə kampaniyasını elan edib.

Fins.az xəbər verir ki, şirkətdən hədiyyələr barədə məlumat verilməsə də daha çox istirahət mövzusunu əhatə edən praktiki əşya və vasitələrdən ibarət olduğunu və seçimin müştərilər tərəfindən ediləcəyi bildirilib.

Qeyd edək ki, hər iki SUV avtomobili hal hazırda Azərbaycanda ən çox satılanlar sırasındadır. Hyundai Santa Fe birmənalı olaraq Hyundai şirkətinin dünyada ən çox satılan SUV avtomobilidir. Amerika bazarında Hyundai Santa Fe avtomobilinin satış həcmi 2018-ci ilin May ayına nisbətdə 22% artaraq 13807 ədəd olmuşdur.

Ümumilikdə isə Santa Fe avtomobillərinin 2019-cu ildəki satış göstəricisi ilk 5 ayda ötən ilki satışların 50%-dən bir qədər yüksək göstərici ilə nəticələnərək 53236 ədəd olaraq qeydə alınmışdır. Hyundai Tucson avtomobilinə gəlincə isə ABŞ bazarında 2018-ci ilin May ayının satış həcmi ilə müqaisədə 18% artaraq 15616 ədəd həcm qeydə alınmışdır. Kanada bazarındakı rəqəmlər bir qayda olaraq gec açıqlanmasına və satış həcminin kiçik olmasına baxmayaraq praktika göstərir ki, tendensiya 2-3% fərqlə olmasına baxmayaraq ABŞ bazarı ilə eyni istiqamətdə davam edir. Azərbaycan istehlakçılarına Hyundai Santa Fe avtomobilləri 59800 AZN-dən başlayan qiymətlərlə 4 müxtəlif komplektasiyada və Hyundai Tucson avtomobili isə 42300 AZN-dən başlayan qiymətlərlə 3 müxtəlif komplektasiyada təklif olunur.

Xüsuilə qeyd etmək istərdik ki, 25% ilkin ödəniş və 3 illik kredit şərtləri Santa Fe və Tucson avtomobillərini də əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır