AVTO

"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır
12 İYUN
171

"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır

2019-06-12 13:36:00

Almaniyanın məşhur idman avtomobili istehsalçısı "Porsche" Çin bazarında satdığı 42 min avtomobili potensial yanğın riski ilə əlaqədar geri çağırır. Fins.az Azərtac-a istinadən xəbər verir ki, Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası belə bir qərar qəbul edib. Qərara əsasən, oktyabrın 7-dən başlayaraq 2010-2016-cı illərdə istehsal olunmuş "Panamera" modelindən avtomobillər geri çağırılacaq. "Porsche"in Çindəki filialı həmin avtomobilləri yoxlayaraq nasaz hissələri öz hesabına dəyişəcək.

Qeyd edək ki, administrasiyanın mütəxəssisləri həmin avtomobillərin hava kondisionerlərinin ventilyatorlarındakı nasazlığın yanğına səbəb olacağını düşünürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır