AVTO

"Mazda" elektromobil bazarına daxil olur
12 İYUN
104

"Mazda" elektromobil bazarına daxil olur

2019-06-12 12:08:00

"Mazda" gələn ildən elektrikli avtomobil bazarına daxil ola bilər.

Fins.az xəbər verir ki, elektromobil istehsalı ilə bağlı indiyədək hər hansı planını açıqlamasa da, "Mazda"nın 2020-ci ildə yeni elektrikli modelini tanıdacağı ilə bağlı xəbərlər ortaya çıxıb. İstehsal qərarına səbəb isə Avropa Birliyinin karbon emissiyası ilə bağlı tələblərini daha da sərtləşdirməsi olub. 

"Mazda"nın elektromobil istehsalında "Toyota" ilə əməkdaşlıq edəcəyi gözlənilir. Avtomobil şirkətinin elektromobillərlə bərabər hibrid avtomobillər də istehsal edəcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269