AVTO

27000 manata təklif olunan avtomobil cəmi 8900 AZN..
12 İYUN
3593

27000 manata təklif olunan avtomobil cəmi 8900 AZN..

2019-06-12 11:21:00

Volkswagen markasının ən öndə gedən modellərindən biri - Polo Sedan avtomobilinin güzəştli lizinq və kredit şərtləri açıqlanıb. 

Fins.az-ın məlumatına görə, Comfortline komplektasiyası üzrə 27000 manata təklif olunan avtomobili cəmi 8900 AZN ilkin ödənişlə, 36 aydan 60 aya qədər müddətə kredit və lizinq şərtləri ilə əldə edə bilərsiniz. 

Kreditin müddəti 60 aya qədər uzadıla bilər və aylıq ödəniş cəmi 560 manata enmiş olur. Kredit dövrü azaldıqca, avtomobilin ilkin ödənişi də azalır. 

Highline modeli isə 29900 manata təklif olunur. Volkswagen Polo Sedan Comfortline öz seqmentinin ən sərfəli avtomobillərindən biridir. Avtomobil güclü komplektasiyaya və yüksək keyfiyyətə malik olması müqabilində alıcıları üçün çox sərfəli qiymətə təqdim olunur. Bu model 1.6 litr həcmli sadə mühərrikə və 110 at gücünə malikdir. Polo Sedan avtomobilinin şossedə 100km-də 4.7 litr yanacaq işlətməsi, onu öz seqmentinin ən qənaətcil avtomobili edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263