AVTO

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı
16 MAY
416

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

2019-05-16 12:27:00

Etibarlılıq istənilən avtomobilin alınması zamanı diqqət yetirilən ən vacib kriterilərdən birdir.

Fins.az xəbər verir ki, “J. D. Power” analitik agentliyinin Britaniya bölməsinin ekspertləri 100 maşına düşən orta sınma səviyyəsini hesablayaraq 3 ilə kimi olan ən etibarlı avtomobillərin reytinqini hazırlayıblar. Bu barədə Finans məlumat yayıb. 

Reytinqə “Peugeot” başçılıq edir. Sonrakı yerləri müvafiq olaraq “Skoda”, “Hyundai”, “Nissan”, “Suzuki”, “Opel”, “KİA”, “Mİni”, “Ford” və “Volvo” tutur. Modellər arasında alındıqdan üç il ərzində ən az sınma “Volkswagen Up”, “Tiguan” “Passat”, “Hyundai i10” və i20, “Peugeot 108”, 208, 2008 и 3008, “Skoda Octavia”, “Seat Leon”, “Opel Insignia”, “Mokka” və “Zafira”, “Ford Focus”, “C-Max” və “Fiesta”, “Honda CR-V”, “Mercedes-Benz C-Class” və “Е-Class”, həmçinin “Citroen C4 Picasso” və “Nissan Juke”da qeydə alınıb. Ekspertlərin hazırladığı antireytinqdə isə ən problemli “BMW” avtomobilləri olub. Autsayderlərin onluğunda növbəti yerləri müvafiq olaraq “Fiat”, “Audi”, “Jaguar”, “Land Rover”, “Mercedes Benz”, “Toyota”, “Citroen”, “Renault” və “Mazda” avtomobilləri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır