AVTO

Dünya Müharibəsindən qalan "Porshe" SATILIR
15 MAY
108

Dünya Müharibəsindən qalan "Porshe" SATILIR

2019-05-15 09:58:00

Sotheby's” hərrac evi “Porsche Type 64” modelini 20 milyon dollar başlanğıc qiyməti ilə kolleksiyaçılara təklif edib.

Fins.az-ın məlumatına görə, idman stilində hazırlanmış avtomobil “Porsche”nin ilk modeli olub, 1939-cu ildə istehsal edilib. Avtomobil II Dünya Müharibəsindən öncə keçirilməli olan avtomobil yarışlarına qatılmaq üçün istehsal olunmuşdu. “Porsche Type 64 olmadan nə 356, nə 550 nə də 911 olardı. Bu avtomobil “Porsche” əfsanəsinin başlanğıcı oldu. 80 illik tarixinə baxmayaraq, bu avtomobil çox yaxşı vəziyyətdədir. Bu avtomobil dəfələrlə müxtəlif idman yarışlarında uğurla iştirak edib”, - deyə hərrac evindən bildirilib. Qeyd edək ki, 1970-ci ildə istehsal olunmuş “Porsche 917” modeli 2017-ci ildə14 milyon dollara satılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262