AVTO

Ferrari-dən YENİLİK
13 MAY
203

Ferrari-dən YENİLİK

2019-05-13 15:55:00

Ferrari şirkətinin başçısı Lui Kamilyeri italyan markasının birinci rübdə əldə etdiyi maliyyə nəticələrinin müzakirəsinə həsr edilmiş tədbirdə, istehsalçının geniş miqyaslı təqdimat hazırladığı barədə məlumat verib.

Fins.az xəbər verir ki, maliyyə məlumatları ilə birlikdə yeni avtomobil haqqında, cüzu şəkildə olsa da, məlumat verilib. Kamilyeri anons edilən superkarın “həqiqətən gözəl olduğunu” və “birinci sinif hibrid” olduğunu söyləyib. İlkin məlumatlara görə, yeni superkar italyan istehsalçısının model xəttində Ferrai 488 spurtkarı ilə eyni mövqedə qərarlaşacaqdır. Bununla belə, Ferrari şirkətinin başçısı yeni modelin 488 modelinin əvəzləyicisinin olmadığını da xüsusi ilə vurğulayıb.

Bütün bunlara baxmayaraq, yeni superkarın prototipinin Ferrari 488 modelini xatırladaq kuzova malik olduğunu söyləmək gərəkdir. Çox güman ki, bu yeni superkarın aqreqatlarının sınağı üçün xüsusi olaraq hazırlanmış “qatırdır”. İlkin məlumata görə, yeni hibrid sportkar 488 Pista modelindən güclü olacaqdır. Yəni, hibrid kupenin güc qurğusunun hasilatı 720 at qüvvəsinin üzərində olmalıdır. Eyni zamandaŞ Kamilyeri Ferrari və Mazerati markaları arasında əlaqələrin kəsiləcəyinə də işarə vurub. Önun sözlərinə görə, 2021-2022-ci illərdə Maserati Maranellodan aldığı mühərriklərdən imtina edəcəkdir. Bunun səbəbi Maserati markasının öz avtomobillərini elektrikləşdirilməsi planıdır. Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır