AVTO

BMW-nin mənfəəti kəskin azalıb
08 MAY
107

BMW-nin mənfəəti kəskin azalıb

2019-05-08 11:57:00

Bu ilin birinci rübündə Almaniyanın BMW avtomobil istehsalçısının mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb. Bu, Avropa İttifaqındakı araşdırma ilə bağlı olan xərclərlə əlaqədardır.

Fins.az xəbər verir ki, əgər 2018-ci ilin yanvar-mart aylarında şirkətin xalis mənfəəti 2,26 mlrd. avro təşkil edirdisə, bu ilin eyni dövründə bu göstərici 561 mln. avro olub. Adi və imtiyazlı səhmlər baxımından bir il əvvəlki mənfəət 3,44 avrodan 0,85 avroyadək azalıb. 2018-ci ilin birinci rübündə vergi və faiz ödənişləri üzrə mənfəət 78% azalaraq 589 mln. avro təşkil edib. Ötən il bu göstərici 2,71 mlrd. avro təşkil edib. Gəlir əvvəlki ilin eyni dövrünə nisbətən 0,9% azalaraq 22,46 mlrd. avroya düşüb. Buna baxmayaraq, cari ilin birinci rübündə BMW, “Mini” və “Rolls-Royce” avtomobillərin satışı 0,1% artaraq 605 333 ədəd təşkil edib. Təkcə “Rolls-Royce”un satışı ötən ilə nisbətən 49,4% artaraq 1 206 ədəd olub. Hesabat dövründə şirkətin motosiklet satışı da artıb.

Belə ki, ötən ilin birinci rübündə BMW 35 858 ədəd motosiklet satmışdısa, cari ilin analoji dövründə bu göstərici 7,7% artaraq 38 606 ədəd təşkil edib. Avropada avtomobillərin satışları 0,1% artaraq 270 950 ədədə, İngiltərədə isə 1,8% artıb. Asiyada satışlar 2,1% artaraq 217,2 min ədəd, o cümlədən Çində 10,2% artıb. Şimali və Cənubi Amerikada satışlar 2% azalaraq 104 215 ədəd, ABŞ-da daxil olmaqla, 1,7% artaraq 83 158 ədəd təşkil edib.

Qeyd edək ki, BMW-nin səhmləri bu gün 1,2% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 3,8% artaraq 49,19 mlrd. avroya çatıb. ONA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262