AVTO

Motosiklet qəzalarını necə önləyək? - DYP-dən AÇIQLAMA
08 MAY
98

Motosiklet qəzalarını necə önləyək? - DYP-dən AÇIQLAMA

2019-05-08 10:28:00

Dünyada olduğu kimi respublikamızda da motosiklet idarə etmək üçün xüsusi yollar olmadığından, sürücülər avtomobil yollarından istifadə edir.

Fins.az-ın məlumatına görə, bu da mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin yaşanmasına səbəb olur. Yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında əksər sürücülərin sırf əyləncə üçün motosiklet idarə etdiyini bildirib: “Məhəllədaxili yollarımız motosiklet sürmək üçün yararlı deyil. Şəhərin mərkəzi küçələrində isə əksinə motosiklet sürmək üçün əlverişli şərait var. Lakin əksər sürücülərin qaydalara əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Əksər şəxslər, xüsusən də axşam saatlarında şəhərin küçələrində yüksək sürətlə motosiklet sürürlər.

Bu fonda onlar təkcə piyadaların deyil, öz həyatlarını da təhlükəyə atır. Bütün hallarda yol polislərinin reydi nəticəsində bu cür neqativ halların sayında azalma müşahidə olunur”. Ekspert onu da vurğulayıb ki, motosikletlərin üstündə yanlız 1 nömrə nişanı olur. Bəzən sürücülər o nişanı gizlədirlər.

Nəticədə qəza baş verən zaman kameraya düşmür. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə açıqlamasında qeyd edib ki, motosiklet sürücüləri qaydalara əməl etməyə borcludur: “Motosikletlər üçün xüsusi yol olmadığından, sürücülər yol hərəkətinin digər iştirakçıları ilə birgə avtomobil yollarından istifadə edirlər. Motosiklet sürücüləri piyada yolu ilə hərəkət edirlərsə, bu, inzibati xətadır. Bu xətanı törədənlər müvafiq qaydada cəzalandırılır. Motosiklet istifadəçilərindən tələb olunan ən vacib məsələ odur ki, yol nişanlarına, işıqforun qaydalarına əməl etsinlər”. Qida məhsulları daşıyan motokuryerlə bağlı isə DYP rəsmisi bildirib ki, motosiklet sürücülərini işə götürərkən rəhbərlik məsuliyyət hiss etməlidir: “Sürücülük vəsiqəsi olmayan insanların motosiklet sürücüsü kimi işə götürülməsinə yol verilməməlidir. Eyni zamanda, motokuryerlərin xüsusi geyim formaları, “kaska”ları olmalıdır. Bu qaydalara əməl etməyən motokuryerlər barədə inzibati protokol tətbiq oluna bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264