AVTO

"Ford"un minlərlə avtomobilində problem yaranıb
08 MAY
111

"Ford"un minlərlə avtomobilində problem yaranıb

2019-05-08 09:50:00

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı "Ford" Çindəki müştərək müəssisəsində istehsal olunan 19 min avtomobili mühərrik nasazlıqlarına görə geri çağırmağa başlayıb.

Fins.az xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Mayın 6-dan başlanan proses zamanı ötən ilin sentyabr-dekabr aylarında istehsal olunmuş "Escort" modeli avtomobillər geri çağırılır. Bildirilir ki, həmin avtomobillərin mühərrikini işə salan qurğudakı nasazlıqlar qısaqapanmaların yaranmasına və nəticədə mühərrikin alovlanmasına səbəb ola bilər. "Ford"un Çindəki müştərək müəssisəsi olan "Changan Ford Automobile" nasaz hissələri öz hesabına dəyişəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262