AVTO

"Bu hallar Formula 1 Azərbaycan Qran Prisinə aidiyyəti yoxdur"
15 APREL
169

"Bu hallar Formula 1 Azərbaycan Qran Prisinə aidiyyəti yoxdur"

2019-04-15 14:29:00

"Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlərin Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur."

Fins.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai bəyan edib.

"Son vaxtlar Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılığa yolverildiyinə dair sosial mediada yayılmış xəbərlər diqqətimizdən yayınmayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi olaraq fikrimizi bildirmək istəyirəm. Bizim bu halların baş verib verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik! Tam əminliklə bildirirəm ki, bu halların Formula 1 Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur!"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266