AVTO

Avtomobili yay rejiminə necə keçirək? - USTA MƏSLƏHƏTİ - VİDEO
15 APREL
292

Avtomobili yay rejiminə necə keçirək? - USTA MƏSLƏHƏTİ - VİDEO

2019-04-15 10:23:00

Qış mövsümündə istifadə edilən şinləri yayda avtomobilin üzərində saxlamaq olmaz.

Fins.az-ın məlumatına görə, bu həm qəza riskini artırır, həm də avtomobilə ziyan vurur. Avtomobillərin yay rejiminə keçidi ilə bağlı görülməsi vacib olan dəyişikliklər barədə ustalar bildirir ki, əsas məsələ təkərlərin dəyişdirilməsidir. Çünki isti havalarda qış təkərləri həm səs verməyə başlayır, həm də maşının özünə ziyandır. Usta deyir ki, qış aylarında bir neçə dəfə avtomobilin kondisonerindən istifadə etmək lazımdır.Əks halda yayda kondisonerdə nasazlıq yarana bilər. Bundan başqa, soyutma sisteminə diqqət yetirmək lazımdır.

UstaSahil Ağabəyli deyir ki, maşında istifadə edilən yağların qış və ya yay üçün nəzərdə tutulması Azərbaycan üçün keçərli deyil. Bizim regionda kəskin soyuq və ya isti hava müşahidə olunmadığına görə, yağların dəyişdirilməsi bir o qədər də vacib deyil. Sürücülər isə hələ yay mövsümünə avtomobillərini hazırlamadıqlarını deyirlər. Avtomobilə vaxtında qulluq etmək lazımdır ki, yayın istisində hansısa problemlə qarşılaşmayasınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272