AVTO

Ekspert sürücülər üçün ölümcül təhlükədən danışdı
03 APREL
271

Ekspert sürücülər üçün ölümcül təhlükədən danışdı

2019-04-03 10:51:00

"Sürücülər təhlükəsizlik kəmərini düzgün bağlamır. Yadınıza gəlirsə, əvvəllər kişi sürücülər kəməri sadəcə boynundan keçirib elə idarə edirdi. İndi qadın sürücülər də bu üsullara əl atır".

Fins.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb. O qeyd edib ki, bəzi qadın sürücülər təhlükəsizlik kəmərini sol çiynin üzərindən gətirmək əvəzinə, sol qolun altından keçirirlər. Bu isə çox təhlükəlidir: "Qəza anında və ya qəfil əyləci basdığı zaman sıxılma olsa, sümük sınır. Sümüklər sındığı zaman ürəyə və ya ciyərlərə bata bilər. Bu zaman sürücünün ölüm riski artır". Ekspert qeyd edib ki, təhlükəsizlik kəmərinin düzgün taxılması qaydaları ilə bağlı sürücülərin maarifləndirilməyə ehtiyacı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265