AVTO

“Gelandewagen”in hələ beləsi olmayıb - FOTO
12 MART
529

“Gelandewagen”in hələ beləsi olmayıb - FOTO

2019-03-12 11:42:00

Almaniyanın “Mercedes-Benz” avtokonserni Cenevrə avtosalonunda “G-class” sinfindən olan yolsuzluq avtomobilinin yeni, yubiley versiyasını təqdim edib.

Fins.az xəbər verir ki, şirkət “Gelandewagen” istehsalının 40 illiyini qeyd edir. Nümayiş olunan xüsusi “Gelandewagen” G350 dizel modifikasiyalıdır və 3,0 litrlik mühərrik və doqquz pilləli avtomatik ötürücü qutu ilə təchiz olunub. Yubiley buraxılışda elektron panel, müasir MBUX multimedia sistemi və bir sıra əlavə elektron köməkçilər yer alır. Yolsuzluq avtomobilinin banına al-qırmızı çalar verilib. Bu komplektasiyadan olan avtomobilin ilkin satış qiyməti barədə hələlik məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264