AVTO

Sürücülük vəsiqələri ASAN xidmətdə... – YENİLİK
06 MART
521

Sürücülük vəsiqələri ASAN xidmətdə... – YENİLİK

2019-03-06 14:13:00

İtirilmiş sürücülük vəsiqəsi əvəzinə yenisini almaq və xarici ölkələrdə alınmış vəsiqəni milli vəsiqəyə dəyişmək artıq ASAN xidmətlərdə həyata keçirilməyə başlanılıb. Fins.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook hesabında yazıb. Ə. Hüseynov bildirib ki, bu yaxınlaradək qeyd edilən iki halda vəsiqəni yalnız DYP-nin qeydiyyat, imtahan və texniki baxış şöbələrində dəyəişmək olurdu. Amma artıq təsdiqlənmiş yeni dəyişikliklər vətəndaşlar üçün daha geniş imkanlar açır.

Belə ki, 17 yanvar 2019 tarixli fərmanın icrasına başlanandan sonra belə xidmətlərin fəaliyyət sahəsi ilə əhatə olunan bütün rayon və şəhərlərin sakinləri bu hallarda da vəsiqəni ASAN xidmət mərkəzlərində dəyşdirə bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262