AVTO

Bu avtomobillər saatda 180 km-dən artıq getməyəcək - Qərar verilib
05 MART
155

Bu avtomobillər saatda 180 km-dən artıq getməyəcək - Qərar verilib

2019-03-05 14:46:00

İsveç mərkəzli avtomobil istehsalçısı "Volvo" gələn ildən etibarən bütün avtomobillərdə sürət sərhədini saatda 180 kilometr ilə məhdudlaşdıracaq. Fins.az-ın məlumatına görə, Open.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bu addımı atmasının səbəbi yol-nəqliyyat hadisələri zamanı ölüm hallarını azaltmaqdır. Şirkətdən bildirilib ki, 2021-ci ildə istehsal olunan avtomobillərə saatda maksimum 180 kilometr sürət həddi tətbiq ediləcək.

Qeyd edək ki, Çinli avtomobil nəhəngi "Zhejiang Geely Holding" "Volvo Car Groupu" 2010-cu ildə 1,8 milyard dollara ABŞ mərkəzli avtomobil istehsalçısı "Ford"dan satın almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264