AVTO

"Seat" ilk elektrokarının tizerini dərc edib
04 MART
160

"Seat" ilk elektrokarının tizerini dərc edib

2019-03-04 11:18:00

"Seat" şirkəti ilk elektrik modelinin tizerini dərc edib. Fins.az xəbər verir ki, yeni elektrokarın debütü mart ayının əvvəlində işinə başlayacaq cenevrə avtosalonunda baş tutacaqdır. Elektrokar MEB modul platformasında inşa ediləcək və 2020-ci ildə seriyaya gedəcəkdir. Artıq qeyd etdiyimiz kimi, elektrokar Volkswagen şirkətinin elektrik avtomobilləri üçün hazırladığı MEB modul platformasında inşa ediləcəkdir. Bu platformada Volkswagne şirkətinin I.D. seriyasından olan prototipləri inşa edilib. Seat elektrokarının dolu batareya ilə yürüş məsafəsi 500 kilometr ətrafında olmalıdır. Elektrokar ikinci avtomatlaşdırma səviyyəsinə malik olan ADAS kompleksi (sürücüyə elektron yardım sistemləri) və rabitə sistemlərinin genişləndirilmiş dəsti ilə təchiz ediləcəkdir. MEB platforması universal bir arxitekturadır. Bu platformada müxtəlif sinifdən və ölçüdən avtomobillər inşa edilə bilər. Akkumulyatorlar bloku döşəmənin altında yerləşib. Batareyalar gərək olan ölçüdə yığılan fərdi özəklərdən ibarətdir. Batareyalar məişət şəbəkəsinzən, Wallbox divar qurğusundan və sürətli terminallardan yükləməni dəstəkləyir. MEB platformasında elektromotor arxa oxda quraşdırılır. Öndə yüksək gərginlikli elektrik isitmə sistemi, yükləmə qurğusu və soyutma sisteminin radiatoru yerləşir. 

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262