AVTO

Elektromobil istehsalına 60 milyard avro sərmayə qoyulacaq
04 MART
137

Elektromobil istehsalına 60 milyard avro sərmayə qoyulacaq

2019-03-04 10:13:00

Almaniyanın avtomobil şirkətləri elektrik mühərrikli avtomobil istehsalına böyük həcmdə sərmayə qoyacaq. Fins.az xəbər verir ki, bunu Alman Avtomobil Sənayesi Birliyinin sədri Bernhard Mattes bəyan edib. B.Mattes qarşıdakı 3 il ərzində elektromobil sahəsinin inkişafına 40 milyard avro sərmayə qoyulacağını açıqlayıb. Əlavə olaraq 18 milyard avro bu sahədə rəqəmsallaşma və avtonom idarəetmə ilə əlaqədar xərclənəcək. Bu müddət ərzində Almaniyanın avtomobil şirkətləri istehsal edilən elektromobillərin sayını 3 dəfə artıraraq 100 modelə çatdırmağı qarşıya məqsəd qoyublar. B. Mattes qeyd edib ki, elektromobillər Avropada sürətlə yayılmağa başlayıb, başqa yolla Avropa İttifaqında atmosferə buraxılan  karbondioksit qazının həcmini azaltmaq mümkün deyil. Alman Avtomobil Sənayesi Birliyinin sədri elektromobillərin bağlı infrastrukturun da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.

© ONA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264