AVTO

Azərbaycan Ukraynaya bu avtomobildən ixrac edəcək
14 FEVRAL
225

Azərbaycan Ukraynaya bu avtomobildən ixrac edəcək

2019-02-14 11:32:00

Khazar” zavodu “Dena” markalı avtomobilləri Ukraynaya ixrac edəcək. Fins.az xəbər verir ki, bu barədə “Iran Khodro” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səbinə Nubar deyib. O bildirib ki, bu ildən Neftçaladakı “Khazar” zavodunda istehsal edilən “Dena” markalı avtomobillər Ukraynaya ixrac olunacaq: “Bu avtomobillərə Belarusda da maraq var. İlin sonunadək Belarusda satış mərkəzinin açılması nəzərdə tutulur”.

S.Nubarın sözlərinə görə, “Khazar” zavodunun avtomobilləri keyfiyyətinə və rahatlığına görə Avropa ölkələrində istehsal edilən avtomobillərdən geri qalmır. Keyfiyyət amili bu avtomobillərə marağın artmasına səbəb olub.

Qeyd edək ki, “Azərmaş” ASC İranın “Iran Khodro” şirkəti ilə birgə “Khazar” zavodunda avtomobil istehsal edir.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263