AVTO

Maşın bazarında ŞOK VƏZİYYƏT
13 FEVRAL
2688

Maşın bazarında ŞOK VƏZİYYƏT

2019-02-13 14:46:00

Avtomobil bazarında 2019-cu ilin yanvar ayı ərzində 1705 ədəd avtombil satılıb.

Fins.az xəbər verir ki. bu barədə Bizimyol.info-ya əmlak məsələləri eksperti Nüsrət İbrahimov bildirib.

O, deyib ki, avtomobil bazarında qiymətlər iki cür müəyyən olunur: Dəyişən və dəyişməyən (sabit) strukturlarla: “Dəyişən strukturla orta qiymət 42 min 483 manat təşkil edib. Bu ilin yanvar ayı ərzində qiymətlərdə 1,5 faiz azalma müşahidə olunub. Amma sabit strukturla orta qiymət 74 min 104 manat təşkil edib. Bu ilin yanvar ayı ərzində qiymətlərdə 5,4 faiz artım müşahidə olunub”.

Ekspert deyib ki, mühərrik həcmi 2 litrə qədər olan avtomobillərdə orta qiymət 21 min 479 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 17,73 faiz olub.

Mühərrik həcmi 2 litrdən yuxarı 3 litrdən aşağı olan avtomobillərdə orta qiymət 39 min 707 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 6,53 faiz olub.

Mühərrik həcmi 3 litrdən yuxarı olan avtomobillərdə orta qiymət 87 min 15 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 5,49 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262