AVTO

"Mercedes-Benz" şirkəti O-Class adını qeydə alıb
12 FEVRAL
340

"Mercedes-Benz" şirkəti O-Class adını qeydə alıb

2019-02-12 15:32:00

"Mercedes-Benz" şirkəti Avropada O-Class adını qeydə alıb. Fins.az xəbər verir ki, ərizədən də göründüyü kimi, O 120, O 140, O 180 və Q 200 indekslərini avtomobil və ya mühərriklər üçün istifadə etmək planlaşdırılır. AutiGuide saytı O hərfinin Daimler konserni tərəfindən şəhər avtobusları xəttinin nışanlanması üçün istifadə olunur. Məsələn, Mercedes-Benz Citaro şəhərlərarası avtobusunun daxili indeksi O530-dur. Lakin, yeni ərizədə indeksin başqa formada, minik avtomobillərində olduğu kimi ayrılıqda yazılışını nəzərdə tutur. İlkin məlumata görə, O-Class adının kiçik sərnişin venləri xəttinə veriləcəyi də bildirilir. Qeyd etmək lazımdır ki, patentin qeydə alınması onun dərhal tətbiq ediləcəyi anlamına da gəlmir. Xatırladaq ki, bir müddət bundan öncə Mercedes-Benz ABŞ-da GLS 600, GLS 680 və S 680 nişanlarını qeydə alıb.

© Autograph

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır