AVTO

"Porsche Cayenne Coupe" modelinin final sınaqları keçirilir
12 FEVRAL
250

"Porsche Cayenne Coupe" modelinin final sınaqları keçirilir

2019-02-12 10:14:00

"Porsche" şirkətinin kupeşəkilli "Cayenne" modelini hazırladığı artıq hər kəsə məlumdur. Fins.az xəbər verir ki, alman istehsalçısı bu ilin iyun ayında "Cayenne Coupe" krossoverini buraxacağını da rəsmi olaraq təsdiq edib. Bu müddət ərzində yeni kross-kupenin prototipləri Nürburqrinqin «Şimal ilgəyində» dövrələr vuraraq çoxsaylı sınaq kilometrlərini qət edib. Bu günlərdə Porsche Cayenne Coupe modelinin prototiplərinə şimalda rast gəlinib. Bu o deməkdir ki, avtomobil debütü öncəsi son sınaqlardan keçir. Dərc edilmiş fotoşəkillərdən də göründüyü kimi, kupe-krossover dizayn cəhətdən də adi Cayenne modelindən fərqlənəcəkdir. Bu təkcə mailliliyi artan tavan xəttindən ibarət deyildir. Ön tərəfdəki fərq bamper forması ilə məhdudlaşsa da, arxa tərəfdəki işıq texnikasının da fərqli olacağına fənərlərin güclü kamuflyajı işarə edir. 

Bundan başqa, kupeşəkilli krossoverin aktiv aerodinamikaya malik olacağı da məlumdur. Məsələn, arxa hissədə iki spoyler quraşdırılıb ki, bunlardan biri tavanda bərkidilən statik spoylerdir. Bu spoylerlə tandemdə çalışan ikinci aktiv spoyler isə baqaj qapağına inteqrasiya edilib.

Mühərrik çeşidinə gəldikdə isə, Cayenne Coupe modelinin benzin və hibrid güc aqreqatları ilə təklif ediləcəyi ehtimal olunur. Əlbəttə ki, tam elektrik modfikasiyasının buraxılacağı da istisna edilmir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır