AVTO

"Toyota RAV-4" krossoveri TRD Off-Road versiyasına sahib olub
11 FEVRAL
144

"Toyota RAV-4" krossoveri TRD Off-Road versiyasına sahib olub

2019-02-11 13:13:00

Toyota şirkəti Çikaqoda keçirilən sərgidə RAV-4 krossoverinin yolsuzluq üçün nəzərdə tutulan TRD Off-Road versiyasını nümayiş etdirib. Fins.az xəbər verir ki, krossoverin hazırlanmasında bilavasitə Toyota Racing Development bölməsinin mütəxəssisləri çalışıb. Toyota RAV-4 TRD Off-Road versiyası payız aylarından başlayaraq amerikan bazarında satışa çıxarılacaqdır. Zahiri cəhətdən RAV-4 TRD Off-Road modelini damdakı reliqlər, geniləndirilmiş təkər tağları, daha aqressiv bamperləri və radiator barmaqlığı sayəsində tanımaq olar. Krossover, yarışlar üçün nəzərdə tutulmuş Rally RAV-4 modelinin inşasında istifadə edilən ikiborulu amortizatorlar və yeni yaylar ilə təchiz edilir.  Xüsusi asqı sistemi ilə yanaşı, «yolsuzluq» krossoveri 18-düymlük təkər disklərinə, Falken Wildpeak A/T Trail şinlərinə, LED duman fənərləri, arxa təkərlərdəki dartma qüvvəsinə dinamik şəkildə nəzarət edən tam çəkiş sistemi, enişdə və yoxuşda yardım funksiyası olan Multi-Terrain Select sistemi ilə təchiz edilir. Toyota RAV-4 TRD Off-Road modeli 206 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2,5-litrlik Dynamic Force mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli Direct Shift qutusu ilə tandemdə çalışır. Mühərrik üç rejimdə (adi, idman və qənaət) çalışmaq imkanına malikdir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259