AVTO

"Toyota Tacoma" pikapını yeniləyib
11 FEVRAL
100

"Toyota Tacoma" pikapını yeniləyib

2019-02-11 09:24:00

Artıq 14 ildir ki Toyota Tacoma Amerika Birləşmiş Ştatlarının ən populyar örtaölçülü pikapı titulunu əlində saxlayır. Fins.az xəbər verir ki, keçən il isə Tacoma ümumiyyətlə rekorda imza atıb - 246 min avtomobil satılıb. Lakin, ilin sonunda rəqabət güclənməyə başlayıb, belə ki, Ford şirkəti daşı ətəyindən tökərək Ranger modelini yerli bazara qaytarıb. Ehtiyat igidin yaraşığıdı prinsipini rəhbər tutan Toyota Racoma modelini yenələməyə qərar verib. Yenilənmiş Tacoma modeli yeni radiator barmaqlığına, təkər disklərinin dəyişdirilmiş dizaynına və tündləşdirilmiş arxa fənərlərə malik olab. Pikapın bahalı variantları tamamilə işıqdiodlarından hazırlanmış işıq texnikası və dairəvi görüntü kamerakarı ilə təchiz edilir. Kabinalar üztə təklif də eyni qalıb: bir yarımlıq və tam ikicərgəli. Pikapın yükgötürmə qabiliyyəti 700 kiloqramdır. İnteryerin yenilənməsi çox cüzi xarakter daşıyıb: pikap yalnız Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən və 7-düymlük ekranı olan yeni multimedia sistemini əldə edib. Əlavə sifarişlə 8,0-düymlük ekranı da sifariş etmək də olar. Avadanlıq siyahısında ilk dəfə olaraq ön oturacaqların elektrik ötürməsi peyda olub. Texniki cəhətdən pikap dəyişilməz qalıb. Toyota Tacoma iki benzin mühərriki ilə təklif edilir. Pikapın alıcıları 161 at qüvvəli 2,7-litrlik və 282 at qüvvəli 3,5-litrlik mühərriklərin arasında seçim edə bilərlər. Güc aqreqatları altı pilləli avtomatik qutu ilə təchiz edilirlər. Mexaniki qutu sevərlər üçün Tacoma TRD Pro variantı təklif olunur. Bundan başqa, Tacoma TRD Pro arxa differensialın qapanması, yeni yayları olan təkmilləşdirilmiş asqı və ön Fox amortizatorları ilə təchiz edilir.

Yenilənmiş pikapların satışına yaz aylarında başlayacaqdır. Tacoma modeli digər bazarlarda satılmır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259