AVTO

"Audi"-dən daha bir yenilik
08 FEVRAL
103

"Audi"-dən daha bir yenilik

2019-02-08 10:34:00

Yenilənmiş "Audi TT" modeli keçən ilin yayında debüt edib. Fins.az xəbər verir ki, yenilənmiş kupe və rodsterlər dəyişdirilmiş eksteryerə və yeni mühərrik çeşidinə sahib olub. Yenilənməyən yeganə TT modeli RS indeksli ekstremal versiya olub. Artıq bu çatışmamazlıqda aradan qaldırılıb. Audi TT RS modelinin texniki hissəsi dəyişilməz qalıb. Ekstremal kupe və rodsterlər əvvəlki kimi 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 2,5-litrlik beş silindrli turbomühərrik və 7-pilləli S tronic «robotu»  ilə təchiz edilirlər.  TT RS arxa oxda çoxdiskli muftası olan quattro tam çəkiş sistemi ilə təchiz edilir. Bütün bunlar avtomobillərin dinamik xarakteristikalarının dəyişilmədiyindən xəbər verir. Kupe 100 km/saat həddinə 3,7, rodster isə 3,9 saniyəyə sürətlənir. Eksteryerdə baş vermiş dəyişikliklər kosmetik xarakter daşıyır. Məsələn, ön bamperdəki yan hava girişləri böyüdülübdür. Arxa tərəfdə hava çıxışlarını imitasiya edən qara dekor elementləri və yeni 19 və 20 düymlük təkər diskləri peyda olub. Salonun dekoru da dəyişdirilibdir. Bundan başqa, TT RS modelləri üçün matrisa tipli ön fənərləri və OLED texnologiyasından hazırlanmış arxa fənərləri sifariş etmək olar. Yenilənmiş Audi TT RS modellərinin satışlarına bu ilin yazında başlanacaqdır. Almaniyada kupe 67700, rodster isə 70500 avrodan başlayan qiymətlərlə satılacaqdır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259