AVTO

Misha Design superkarı elə vəziyyətə saldı ki...
06 FEVRAL
185

Misha Design superkarı elə vəziyyətə saldı ki...

2019-02-06 14:28:00

"Lamborghini Huracan" superkarının bu yaxınlarda yenilənməyə məruz qaldığı məlumdur. Huracan Evo texniki yeniliklərlə yanaşı Performante modelinin üslubunda zahiri görkəmə malik olub. Bəs öz superkarları ilə vidalaşmaq istəməyənlər nə etsin?  

Fins.az xəbər verir ki, avtomobillərinin «keçən ilki» kimi görünməsini istəməyən Huracan sahiblərinin sadəcə Misha Design atelyesinə müraciət etməsi kifayətdir. Tüner tərəfindən hazırlanmış aerodinamik kuzov dəsti avtomobilin görkəmini Huracan Performante modelində olduğu qədər aqressiv edir.

Qeyd etmək lazımdır ki, dəstin bütün elementləri yalnız karbondan hazırlanır.  

Dəstin tərkibinə karbondan hazırlanmış splitteri və hava girişləri olan yeni ön bamper, ön təkər tağlarının üzərindəki jalüzlər, yeni kapot, yan ətəklər, yan hava girişinin karbondan dekoru, iri arxa diffuzor, arxa qanad və altıbucaqlı çıxış boruları olan yeni arxa bamper daxildir.

Qeyd etmək lazımdır ki, bu elementlər Huracan modelinin kuzovuna heç bir dəyişiklik etmədən quraşdırıla bilər. Bu isə, gərək olduqda avtomobili əvvəlki görkəminə qaytarmağın mümkünlüyündən xəbər verir. Misha Design təkmilləşdirmələr proqramının qiymətini açıqlamasa da, sifariş edilmiş dəstlərin müştərilərə iyun ayında çatdırılacağını bildirib.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263