AVTO

"Koenigsegg" əlçatan superkar buraxacaq
04 FEVRAL
108

"Koenigsegg" əlçatan superkar buraxacaq

2019-02-04 16:02:00

Bu günlərdə Koenigsegg şirkəti ilə NEVS konsorsiumu arasında əməkdaşlıq haqqında müqavilənin bağlandığı haqqında məlumat vermişdik. Fins.az xəbər verir ki, bu gün isveç hiperkarlar istehsalçısı bu əməkdaşlığın ilk bəhrəsi barədə açılama verib. Tərəflərin hazırladığı ilk avtomobil hibrid superkar olacaqdır. Hər birinin qiyməti bir milyon avro olan superkar bir neçə yüz nüsxəlik tirajla buraxılacaqdır. Top Gear nəşrinə müsahibə verən Kristian fon Köniqseqq söhbətin Agera RS modelinin davamçısından və ya Regera modelinin yeni variantından getmədiyini qeyd edib.  Yeni superkar daha əlçatan və kütləvi olacaqdır ki, bu da şirkətə məhsul xəttini genişləndirməyə və satışları artırmağa imkan verəcəkdir. Əlbəttə ki, isveçlilərə Çində geniş distribütor şəbəkəsinə malik olan NEVS  yardım edəcəkdir. Yeni superhibrid valsız FreeValve mühərriki ilə təchiz edilən ilk Koenigsegg modeli olacaqdır. Daxili yanacaq mühərriki ilə yanaşı, superhibrid bir və ya iki elektromotor, yığcam və yüngül batareyalar, həmçinin Koenigsegg Direct Drive (KDD) transmissiyası ilə təchiz ediləcəkdir. Bu transmissiya ənənəvi qutudan imtina etməyə imkan verəcəkdir. KDD qutusu mühərrikin fırlanma anını arxa oxa dəyişən sürüşmə dərəcəsi olan hidravlik mufta və 2,73:1 ötürmə əmsalı olan baş ötürmə vasitəsi ilə ötürür. 

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259