AVTO

"İnfiniti" Avropa bazarını tərk edə bilər
04 FEVRAL
249

"İnfiniti" Avropa bazarını tərk edə bilər

2019-02-04 13:56:00

"Infiniti" markası avropa bazarını tərk edə bilər. Fins.az xəbər verir ki, bunun səbəbi yapon markasının Avropada nail olduğu satış rəqəmləridir. Əgər Infiniti qarşıya qoyulan hədəflərə çatmazsa, Renault-Nissan-Mitsubishi ittifaqının rəhbərliyi belə bir qərar qəbul edə bilər. Məlumatın insayderlər tərəfindən verildiyini və hələlik rəsmi təsdiqini tapmadığını nəzərə alsaq, Infiniti sevərlərin narahatçılığına əsasın olmadığını söyləyə bilərik. Götürək elə Infiniti Q30 hetçbekini. Yapon istehsalçısı ildə 30-40 min ədəd hetçbek satmağı planlaşdırsa da, 2016-cı ildə 8453 ədəd, 2017-ci ildə isə, 7617 ədəd avtomobilin satıldığı məlumdur. Keçən ilin 11 ayı ərzində isə, cəmi 2868 ədəd Q30 satılıb. Qeyd etmək lazımdır ki, Infiniti markasının Avropa ofisi üçün ən uğurlu il 2016-cı il olub. Həmin il yapon istehsalçısı Avropda 13775 avtomobil sataraq bazarın 0,09 faizinə sahib olub. 2017-ci ildə bu rəqəm 12571 ədəd olub. 2018-c ilin 11 ayında isə, satılan avtomobillərin sayı 5938 olub. 

Əlbəttə ki,satışların vəziyyətinin fəlakət olduğunu söyləmək gərəkdir. Müqayisə üçün, Audi şirkəti keçən ilin 11 ayı ərzində 132695 Audi A3 modeli satıb. 2016 və 2017-ci illərdə alman istehsalçısının Avropadakı satış rəqəmləri müvafiq olaraq  189956 və 163928 ədəd olubdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır