AVTO

"Mercedes-Benz" V-Class yenilənib
04 FEVRAL
106

"Mercedes-Benz" V-Class yenilənib

2019-02-04 10:08:00

"Mercedes-Benz" şirkəti V-Class minivenini yeniləyib. Fins.az xəbər verir ki, model eksteryerin kosmetik dəyişikliklərinə, yeni mühərrikə, transmissiya və mütərəqqi yardımçı elektron sistemlərə sahib olub. Yenilənmiş V-Class modeli  əvvəlkindən hava girişlərinin dəyişdirilmiş forması olan ön bamperi, radiator barmaqlığının tərtibatı və yeni dizayna malik olan 17-19-düymlük diskləri ilə fərqlənir. Kuzovun rəng variantları isə, yeni boz metallik boyaları, həmçinin opsional polad mavisi və qırmızı geosint rəngləri ilə genişləndirilibdir. Minivenin salonunda yeni cihazlar paneli, dəyişdirilmiş formaları olan havalandırma deflektorları peyda olub. Mercedes-Benz V-Class üçün salonun dəri və ya parça, həmçinin müxtəlif dekor elementləri (royal lakı, ağac, karbon lifi və cilalanmış alüminium) ilə altı müxtəlif tərtibat variantı təklif edilir. Yenilənmiş V-Class 2,0-litrlik dörd silindrli OM 654 dizeli ilə təchiz edilir. Bu mühərrik iki güc variantında - V 250 d üçün 190 at qüvvəsi (440 Nm), V 300 d üçün isə 239 at qüvvəsi (500 Nm) variantında təklif edilir. İntensiv sürətlənmə zamanı V 300 d modifikasiyası 530 Nm fırlanma anı da hasil edə bilər ki, bu da miniveni 100 km/saat həddinə 7,9 saniyəyə sürətləndirməyə imkan verir. Minivenin maksimal sürəti 220 km/saatdır. Güc aqreqatları 9-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə arxadan və tam çəkişli ola bilər. 

Mercedes-Benz V-Class modelinin standart təchizatına yandan əsən güclü küləkdə təkərləri əylədərək avtomobili yolda saxlayan Crosswind Assist funksiyası, pyada və hərəkətsiz obyektləri müəyyən edən aktiv təcili əyləcləmə sistemi, imkanları artırılmış avtomatik uzaq işıqlarlar daxildir. Yenilənmiş V-Class modeli ilə yanaşı onun Marco Polo və Marco Polo Horizon kemperləri də təqdim ediləcəkdir. Yenilənmiş minivenin Avropadakı satışlarına bu ilin yazında başlanmalıdır. Avtomobilin Almaniyadakı satış qiymətləri 39900 avrodan başlayacaqdır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255