AVTO

Avtomobillər ötən ay bahalaşmağa başlayıb
14 YANVAR
285

Avtomobillər ötən ay bahalaşmağa başlayıb

2019-01-14 17:57:00

2018-ci ilin dekabr ayında Azərbaycanda minik avtomobilləri 0,5%, velosipedlər isə 0,2% bahalaşıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə məlumat yayıb.

Xatırladaq ki, minik avtomobilləri ötən ilin yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymətləri sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1% bahalaşıb, iyulda isə 0,2% ucuzlaşıb. Avqust ayında minik avtomobillərinin qiymətində 0,8% artım, sentyabr ayında 0,8% azalma baş verib. oktyabrda isə qiymətlər sabit qalıb. Noyabr ayında isə minik avtomobilləri 1,1% ucuzlaşıb.

Velosipedlərin qiyməti isə yanvarda 0,7% artıb, fevralda sabit qalıb, martda yenidən 0,3%, apreldə 0,1%, mayda 0,3%, iyunda 0,2%, iyulda 0,1%, avqustda 0,1% artıb. Sentyabrda 0,2% ucuzlaşma, oktyabr və noyabr aylarının hər birində isə 0,2% bahalaşma qeydə alınıb.

Rəsmi statistikaya əsasən, dekabrda 1 minik avtomobilinin orta qiyməti 34 595 manat, 1 velosipedin orta qiyməti isə 165 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263