AVTO

2018-ci ilin ən yaxşı avtomobilləri bunlardır - SİYAHI
14 YANVAR
394

2018-ci ilin ən yaxşı avtomobilləri bunlardır - SİYAHI

2019-01-14 15:31:00

“CarsWeek.ru” saytının ekspertləri ötən ilin 5 ən yaxşı avtomobilini seçiblər. Fins.az-ın məlumatına görə, AZƏRTAC “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, yeddinci nəsil “Toyota Camry” ən etibarlı avtomobil adlandırılıb. Ən təhlükəsiz avtomobil “Volvo XC90” krossoveri hesab edilib. Avtomobil fövqəladə hallarda devrilmək ehtimalını azaldan “ağıllı” asma ilə təchiz edilib.

Minibar, massaj, isitmə və havalandırma sisteminə malik yeni nəsil “Mercedes Maybach S600” ən rahat avtomobil sayılıb. Saatda 420 kilometr məsafə qət edən “Bugatti Chiron” ən sürətli maşın elan edilib. Ötən ilin ən yaxşı elektrik avtomobili isə “Tesla Model S” adlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264