AVTO

Avtomobillərin qiymətindəki artım davam edəcəkmi? - EKSPERT
14 YANVAR
214

Avtomobillərin qiymətindəki artım davam edəcəkmi? - EKSPERT

2019-01-14 13:04:00

Avtomobillərin qiymətindəki artım davam edəcəkmi?

Fins.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bu sual ətrafında danışıb.

Ekspertin sözlərinə görə, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir:

"İqtisadçı-ekspert Vüqar Bayramov Avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazara öz təsirini göstərməkdədir. Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9% artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır. Qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır. Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyildi.​

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266