AVTO

Sürücülərin yazılmayan qanunları - VİDEO
14 YANVAR
656

Sürücülərin yazılmayan qanunları - VİDEO

2019-01-14 09:32:00

Bəzi hallarda yol nəqliyyat hadisələri zamanı zərərçəkmiş sürücü qəzaya səbəb olan şəxsin sənədlərini alıb hadisə yerindən gedir. Tərəflər öz aralarında razılığa gəlir ki, qəza törədən sürücü zərərçəkmişin avtomobilini təmir etdirdikdən sonra sənədlərinı alacaq. Bəs görəsən belə hal qanunla doğrudurmu?. Fins.az-ın məlumatına görə, qəza törədən sürücü məsuliyyətdən yayınmaq üçün öz sənədlərini girov kimi təklif edir. Sürücülər bildirir ki, belə hallara hələ də rast gəlmək mümkündür. Qəza zamanı polis çağırmağa o qədər də istəkli olmayan belə sürücülər öz aralarında razılığa gəlməyə üstünlük verirlər. Sürücülərin sözlərinə görə, belə addım sürücülük vəsiqəsi olmadan və yaxud da sığortasız avtomobil idarə edən sürücülər tərəfindən atılır.

Bəs qanunla necə, kiminsə qəzaya səbəb olan sürücüdən sənədi girov kimi alması düzgündür?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, İnzibati Xətalar Məcəlləsində və "Yol hərəkəti haqqında" qanunda qəza zamanı sürücülərin hüquq və vəzifələri aydın şəkildə yazılıb. Əgər qəza zamanı dəymiş ziyan min manatdan aşağıdırsa, sürücülər öz aralarında razılığa gələ bilərlər. Bu da müəyyən qaydalar çərçivəsində olmaq şərti ilə. Amma hansısa zərərçəkmiş sürücünün kimdənsə sənəd alması doğru deyil. Bu cür hadisələr onu göstərir ki, bəzi sürücülər şəxsi sənədlərini və yaxud avtomobilin texniki pasportunu qarşı tərəfə verməklə özlərini də riskə atırlar. Ekspert deyir ki, tanımadığı şəxsə sənəd vermək və ya girov qoymaq olmaz.

Odur ki, ekspert sürücüləri diqqətli olmağa çağırır.

 

 

 © Avtosfer

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264