AVTO

Yaponlar bunu da etdi
11 YANVAR
379

Yaponlar bunu da etdi

2019-01-11 10:40:00

Yaponiyada fəaliyyət göstərən Liberty Walk tüninq atelyesi Mercedes-Benz G-Class üslubunda hazırladığı Suzuki Jimny ofrouderini təqdim edib. Fins.az xəbər verir ki, iki avtomobil yanaşı durduqda yapon ofrouderi həqiqətən də alman modelinin kiçildilmiş variantı kimi görünür. Tünerlər ilk dəfə Suzuki Jimny modeli üçün hazırladıqları tüninq dəstini keçən ilin payızında təqdim ediblər. Ofrouder üçün karbonplastikdən hazırlanmış kuzov dəsti yaradılıbdır. Bu dəstin tərkibinə bamperlər, hava girişi olan kapot, spoyler və təkər tağlarının genişləndiriciləri daxildir. Suzuki Jimny həmçinin yeni diskləri, damda quraşdırılan işıqdiodlarını və başqa kandarları əldə edib. 

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264