AVTO

Sürücü 3 manata ehtiyat hissəsi aldı, 1500 manat ziyana düşdü - VİDEO
10 YANVAR
557

Sürücü 3 manata ehtiyat hissəsi aldı, 1500 manat ziyana düşdü - VİDEO

2019-01-10 16:51:00

Elə detallar var ki, onun keyfiyyətlisi ilə uzcuzu arasında 3-5 manat fərq var. Amma yenə də sürücülər ucuzunu almağa üstünlük verirlər. Avtomobil ustaları isə sürücülərə ehtiyat hissələri alarkən diqqətli olmağa çağırır.

Fins.az-ın məlumatına görə, keyfiyyətsiz ehtiyat hissəsi alan sürücü əlavə xərcə düşüb. 3 manata alınan mühərrikin yağ süzgəci sürücünü ziyana salıb. Sürücü isə mühərrikin sırf bu səbəbdən sıradan çıxmasını çox gec öyrənib. Ustalar isə keyfiyyətli məhsulla ucuzu arasında elə də qiymət fərqi olmadığını, lakin ziyanının daha çox olduğunu deyır.

Avtomobil ustası Sahil Ağabəylinin fikrincə, elə ehtiyat hissələri var ki, onları mütləq keyfiyyətlisi ilə əvəz etmək lazımdır. Çünki bəzi hallarda keyfiyyətsiz detal qaçılmaz qəzaya səbəb ola bilər.

Usta həmçinin deyir ki, sürücülərin ehtiyat hissələrinin keyfiyyətlisini seçməsi çox çətindir. Çünki bazarda olan saxta malların əksəriyyəti orijinaldan seçilmir. Ona görə də hər hansı detal alarkən ustayla məsləhətləşmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256