AVTO

BMW-nin əməkdaşları həbs olundu
10 YANVAR
230

BMW-nin əməkdaşları həbs olundu

2019-01-10 14:31:00

“BMW Korea”-nın əməkdaşları həbs olunub. 

Fins.az xəbər verir ki, Seul mərkəzi inzibati dairəsinin məhkəməsi “BMW Korea” hüquqi şəxsi zərərli qaz tullantılarına dair hesabatlarla manipulyasiya etməyə dair günahkar bilərək 14,5 milyard von (12,9 milyon ABŞ dolları) cərimələyib. Uzun müddət istehsal etdiyi avtomobillərin yanacaq sərfiyatına dair tədqiqatların nəticələri ilə manipulyasiya edib. Bununla da dövlət orqanlarının ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair işinə mane olub. Bundan əlavə, “BMW Korea”-nın sabiq və yeni əməkdaşları 8-10 ay ərzində azadlıqdan məhrum olunub.   

Məhkəmə hesab edir ki, şirkət 2011-ci ildən yanacaq sərfiyyatı haqda məlumatları təhrif edib. Nəticədə, Cənubi Koreyaya sənədləşmədə qeyd olunan ekoloji standatlara uyğun gəlməyən 29 min avtomobil gətirilib. Qeyd olunur ki, BMW ötən il Cənubi Koreyada 50 000 avtomobil satıb. 

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264